Cəhənnəmdə karnaval..

hmm (7)

Mən də hərkəs kimi əmirliklərdə tikilən dünyanın ən hündür binasının açılışına baxırdım TVdən.. Rəngarəng və möhtəşəm bir tədbir keçirildi zənginlər üçün.. Təsəvvür edin, 4 milyard dollardan çox pul.. Mən təsəvvür etmirəm, görmədiyim birşeyi necə təsəvvür edim axı?! Mənim üçün bu sadəcə rəqəmlərdir, orta məktəbdə riyaziyyatı sevərdim, biz bu rəqəmlərə adi rəqəm kimi belə heyrətlə baxardıq, çox böyük rəqəmlər, bizə desəydilər ki, bu qədər pul xərcləmək olar, dəli olardıq.. =)) (ardını oxu…)

Yerləşdiyi bölmə - NUR: nurnongrata tərəfindən ; Cümə 8 Yanvar 2010 - 01:59

Mənfi sonsuzluq..

sonsuzSoyuq, qaranlıq otaqda tək qalanda məni incidən fikirlər çox az hallarda qələmə alınır, mən yazmaqla fikirlərimi və hisslərimi ifadə edə bilsəydim, sonsuzluğa qədər yazardım bəlkə də.. Əsərlər yazılardı qələmimlə, amma yenə də tam ifadə edə bilməzdim qarışıq hisslərimi.. Sən bu hisslərin bir hissəsinə çevrildin.. Qısa zaman ərzində çox önəmli bir hissəsinə.. Sonsuzluqda sabaha ümidim.. Bu soyuq və qaranlıq otağımın yeganə ümidinə çevrildin.. Ümid.. Ümid də deyilsən, çünki bu günümdə olsan da, sabahımda yoxsan.. Bəs niyə səni yaşayıram? (ardını oxu…)

Yerləşdiyi bölmə - Başqa yazarlardan.., NUR: nurnongrata tərəfindən ; Cümə axşamı 7 Yanvar 2010 - 01:38

Qış gecəsi..

qishGecədir… Dekabr ayı… Hava şaxtalı, küçələr buzlu. Çətinliklə gəzirəm. Ağır bir çantada var çiynimdə. Bunlara baxda sanki məni isti geyindirməyə çalışıblar, uşaqlıqda nənəmin toxuduğu jaketim… yox… qollarıda qısalıb əynimə, lənətə gələsən biraz aşağı dartım, əlcəklərimidə biraz qaldırım, həə belə yaxşı oldu. İstilənirəm deyəsən, yada qızdırmam qalxır. Hər nəysə, yaxınlıqdadır az qalıb çatım rahatlayaram. Maşınların, darvazaların, ağacların üzəridə qar bağlayıb, bu nədir belə, fəsildə bu qədər insafsız olar?! Tapdım, dayan maşının şüşəsində günəş çəkim, bəlkə göydən baxıb anlayar ki, onu arzulayan var və çıxar nəhayət! Əşşi çətin ki… (ardını oxu…)

Yerləşdiyi bölmə - Başqa yazarlardan.., NUR: nurnongrata tərəfindən ; Bazar 27 Dekabr 2009 - 16:04

Birisi olacaq..

1081536Birisi olacaq təbii. Onu hər görəndə sıxacam özümə, öpəcəm, çox danışdırmayacam çünki maraqsızdı danışdıqları. Mənim adamım deyil o. Tamam başqa mühitdə böyümüş birisi. Sığallayacam, əzizləyəcəm. Gündə 213412 dəfə “səni sevirəm” deyəcəm ona. Hərdən yadıma düşəndə mesaj yazacam ki, onu atdığımı düşünməsin. Yazdığı mesajları isə bütün işlərimi bitirəndən sonra oxuyacam və “axot” olsa cavab yazacam. (ardını oxu…)

Yerləşdiyi bölmə - Başqa yazarlardan.., NUR: nurnongrata tərəfindən ; Bazar 13 Dekabr 2009 - 18:38

Reinkarnasiya..

hostkoncertld2 (Custom)H.O.S.T və 21.02.2009 kimi yazılan tarix, yenidən dirilən gənclik və Reinkarnasiya.. Biz orda ideologiya yazırdıq, biz tarixə öldürülmüş dəyərləri qaytarırdıq.. Gözlənilən an, bu nə ilk idi nə son, amma xüsusi bir gün idi, xüsusi konsert idi, o gün hər saniyə dəyərli idi.. Vətən’in önündə yığılan izdiham az sonra hissə-hissə içəriyə buraxıldı.. Üzlərdə qəribə sevinc və gülüş var idi.. Uçuq-sökük bir zala daxil olduqdan sonra gözlər səhnəyə dikildi, orda düz pentaqram var idi.. Gözləyirdik.. Az sonra səhnə diriləcəkdi öncə, orda uzun zaman idi konsert olmurdu.. Çox keçmədən sərkərdələr ordu qarşısına keçdilər, onlar çiyinlərimizdə, tabutlarda və qara kəfənlərdə gəldilər.. Üç tabut və üç diriləcək insan.. (ardını oxu…)

Yerləşdiyi bölmə - NUR: nurnongrata tərəfindən ; Çərşənbə axşamı 8 Dekabr 2009 - 20:41

S..

5b5fd0fc84cbBu gün ilk dəfə Sırf Səni təSvir etmək üçün əlimə qələm aldım.. Sanki Sözüm çoxdu və Sanki nəSə yaza bilərəm.. Sən bilirSən, mən hiSSlərimi təSvir etməkdə əziyyət çəkirdim.. Gözlərinə baxar, SuSardım, amma Sən anlayardın.. Səninlə bağlı yazılarımdakı zaman şəkilçiləri məni incidir.. Artıq hamısı keçmiş zamanda yazılır.. Artıq Sən uzun müddətdir keçmişimə dəfn olunan hiSSimə çevrilmiSən.. Hə.. Ən azından ətrafda hər kəS belə düşünür, türklərin bir sözü var: Külahıma anlat.. Mən hələ də qorxuram birgə gəzdiyimiz küçələrdən keçməyə, birdən xatirələr hücuma keçər, birdən dəfn etdiyim hiSSlərimin qurbanına çevrilərəm.. Sənə ayırmadığım vaxtları Sanki yaşamadım.. (ardını oxu…)

Yerləşdiyi bölmə - NUR: nurnongrata tərəfindən ; Bazar ertəsi 16 Noyabr 2009 - 19:09

Çarli Çaplin gülüşü..

gulushİki əlimlə gözlərimi yumdum, dedim bəlkə əlimi çəksəm fərqli olacaq, amma yox, eyni mənzərə, eyni dövran, gülüşüm məcburidir.. Maska üzərindəki gülüş ifadəsi, altında gizlənmiş qəmgin insan.. Ölüm və həyat arasında incə xətt və var olub olmamaq arasındakı böyük seçimim.. Bilmirəm ən çox xeyri kimə olar, amma öz seçimim məni maraqlandırmalıdır.. Tək qalmağı arzulamaq kimidir bu hiss, heç vaxt tək olmursan, amma hiss edirsən.. Arzulamaq da qəribədir.. İstəmək, arzulamaq, əldə etmək, İTİRMƏK!! İtirməsən qazandıqlarının qədrini bilməzsən.. Boşluq.. Ən aşağıya baxmaq və boşluq.. (ardını oxu…)

Yerləşdiyi bölmə - Başqa yazarlardan.., NUR: nurnongrata tərəfindən ; Çərşənbə 28 Oktyabr 2009 - 01:17

Mənimsən..

h-          Görürsən, gəldim.. Unutmadım.. Yadımda idi, demişdim gələcəm, gəldim.. Biraz yolda problem oldu, tıxac var idi, amma gec də olsa, gələcəyimə söz vermişdim.. Necəsən?

-          NUR..

-          Can.. Uzun yol gəlmisən, yorğunsansa, biraz dincəl, sonra danışarıq..

-          Hə, yaxşı olar.. Başım yaman ağrayır.. (ardını oxu…)

Yerləşdiyi bölmə - NUR: nurnongrata tərəfindən ; Şənbə 24 Oktyabr 2009 - 22:10

19 sonun əvvəlidir..

Qurani Kərimdə “Onun üzərində 19 vardır..” (Müddəsir 30) ayəsi var.. Quranın 19 rəqəmi ilə bağlı möcüzələrini sizə təqdim edirəm:

Bismilləhirrahmənirrahim 19 hərfdən ibarətdir: Bə, Sə, Mim, Əlif, Ləm, Ləm, Hə, Əlif, Ləm, Ra, Ha, Mim, Nun, Əlif, Ləm, Ra, Ha, Yə, Mim..

Quran 114 surədən ibarətdir: 114 = 19 x 6 (ardını oxu…)

Yerləşdiyi bölmə - NUR: nurnongrata tərəfindən ; Cümə axşamı 22 Oktyabr 2009 - 17:21

İkiüzlü..

Deyiləm zərgər

Mənim sözlərim qızıldan qiymətli

Bunlar adi cümlələr, təsvir edir hissləri

Yenə boş küçələr, mən simasında gülüşü itmiş kloun

Bu xüsusi bir istedaddır, mən göz yaşlarımla güldürürəm (ardını oxu…)

Yerləşdiyi bölmə - Başqa yazarlardan.., NUR: nurnongrata tərəfindən ; Cümə 9 Oktyabr 2009 - 18:04

Qəribə sətirlər..

qeribe fikirlerƏn çox keçmişimdə qoyub gəldiyim balaca uşaq üçün darıxıram.. İndi məni görsə üzümə tüpürər.. Yaşadıqlarım və fikirlərim.. Bəzən düşünürəm ki, mən dəyişmədim, dəyişən ətrafım oldu, amma yox.. Mən də zamanla dəyişdim, artıq o balaca yoxdu, məndən iyrəndi, mənimlə davam etməkdən boyun qaçırdı.. MƏN TƏK QALDIM.. Bu həqiqəti mənə zamanla qısamüddətli unutduranlar olur, amma qısamüddətli olur.. (ardını oxu…)

Yerləşdiyi bölmə - NUR: nurnongrata tərəfindən ; Şənbə 12 Sentyabr 2009 - 18:26

(Adsız yazı..)

adsizYaponların belə bir misalı var: Bildin-bilmədin danış, səhv olsan da nitqin açılar. Hər sözünüz kimi bununla da razıyam. Amma mənim haqda növbəti təsəvvürlərinizi sərrast nitqə qurban verə bilmərəm. Onsuz da məni sadəcə görmək istədiyiniz kimi görürsünüz.

Stop! Ən başdan!

Yaponların belə bir misalı var: Bildin-bilmədin danış, səhv olsan da nitqin açılar. Razıyam! (ardını oxu…)

Yerləşdiyi bölmə - Başqa yazarlardan.., NUR: nurnongrata tərəfindən ; Çərşənbə 9 Sentyabr 2009 - 17:09

Al Aqsa..

Al_Aqsa

Mən şeytana görə müqəddəs insan, Allah qarşısında sonsuz günahların sahibiyəm.. Məni tərif edir dinsizlər, amma dindarların yanında lənətlənirəm.. Hə, qısası kiminə görə NUR, kiminə görə Zülmət.. Mən bu cür qiymətləndirmələrə sadəcə gülürəm.. Məni tanımayanların nifrətinə, tanıyanların sevgisinə.. (ardını oxu…)

Yerləşdiyi bölmə - NUR: nurnongrata tərəfindən ; Çərşənbə 9 Sentyabr 2009 - 16:58

Sabahım dünənimdə qaldı..

SEVGIMüşahidə.. Bəlkə insanın ən çox yaşadığı məhz budur.. Biz daim müşahidə edirik.. İnsanlar gəlir, gedir.. Biz baxırıq, bəlkə kimsə başqa gözlərlə baxanda biz gəlib-gedənlərin içində itirik.. Kimlər gəlmədi ki?! Çoxlarını tanıdım, amma hamısı getdi.. Bəzən günah məndə olur, insanlara vuruluram tez, amma unuda bilmirəm.. Qısqanıram və paylaşmağı bacarmıram.. Bütün bu hisslər onların getməsinə səbəb olur.. Lənətə gəlsin!! (ardını oxu…)

Yerləşdiyi bölmə - NUR: nurnongrata tərəfindən ; Bazar 6 Sentyabr 2009 - 16:07

Çirkin ördək balası..

angBəzi insanlar dahidir, onlar rəhbər olmaq üçün doğulurlar və arxalarınca insanları aparırlar, bəziləri daim kiminsə, arxası ilə gedən insanlardır, bəzi insanlar isə təkdirlər və digərlərinə heç vaxt qoşulmazlar.. Zamanla insanlar çox adlarla bölünürlər, kimiləri melanxolik, xolerik, kimiləri romantik, realist olurlar, bəziləri dinlərlə, bəziləri millətlərlə seçilir, amma əsas qayə qalır – İNSAN.. (ardını oxu…)

Yerləşdiyi bölmə - NUR: nurnongrata tərəfindən ; Bazar 23 Avgust 2009 - 18:04

Yaşıl gözlü qız..

miy21_yesil_gozlu_kizMənəvi soyuq ruhu ilə dünyanı oxuyub əks etdirən rəssam.. O gördüklərinə öz düşüncəsini qatıb kağıza köçürür.. Rəngsiz və soyuq pessimizm əks olunur bütün cizgilərində, o çəkir içindəki soyuqluğu.. Doğulandan ruhuna hopmuş bu soyuqluq onu həyatı boyu tək qoymadı.. Qaranlıq və soyuq aura onu formalaşdırmışdı.. Boş küçələrdə hər fikrinin əksini kağızlara köçürərək YARADANını axtarırdı yaşıl gözlü qız.. (ardını oxu…)

Yerləşdiyi bölmə - NUR: nurnongrata tərəfindən ; Çərşənbə axşamı 18 Avgust 2009 - 21:04

Paytaxtdan paytaxta səyahət..

GəncəBoz şəhərin günəşli günlərindən birində bütün bu səs-küydən xilas olub getmək istədim və getdim.. Orda qalamağa yerim də yox idi, məni qarşılayacaq dostlarım da.. Yolpulundan azca çox pul götürüb çıxdım yola.. Yola düşərkən qəribə hisslərim vardı, bir zamanlar onu yola salardım bu vağzallarda avqustun sonları, sentyabrın əvvəlləri, indi isə tək idim, nə o var idi, nə başqası.. (ardını oxu…)

Yerləşdiyi bölmə - NUR: nurnongrata tərəfindən ; Çərşənbə axşamı 18 Avgust 2009 - 20:04

Üsyan..

usyanBu məqalə illərin içimə yığdığı nifrət və sevginin kokteylidir.. Yaxşı qarışdırdım ki, tərkibi görünməsin, daim içdiyimiz kokteyllər kimi tərkibi gizli qalacaq, amma dadını hiss edəcəksiniz.. Bu gün üsyan edəcəm, Allaha üsyan edəcəm.. Həyatımı, sevgimi, ruhumu çeynəyən ətrafımdan Ona yönəlib sizləri ittiham edəcəm, sizləri ona şikayət edəcəm.. (ardını oxu…)

Yerləşdiyi bölmə - NUR: nurnongrata tərəfindən ; Bazar ertəsi 17 Avgust 2009 - 20:31

Otağım..

otagimNUR bu otaqda tək deyil.. Otaq qaranlıq, əşyalar səliqə ilə yığılsa, da öz həyatımın səliqəsizliyi ilə doludur.. Əşyalar çox az, divarların gizlədiləsi yerlərində dini şəkillər, bir-iki H.O.S.T yazısı olan şəkil, masamın üzərində açıq Quran kitabı, məqalələrimi yazdığım kağız-kuğuz və qələm.. Kitab rəfi də var, amma kitablar az və zövqlə seçilib.. Burda mənimlə əbədi birgə olacaq birisi var, balaca, kövrək, bir o qədər də qərarlı və ağıllı bir mələk.. NUR’u heç vaxt tək qoymamağa söz verən qızcığaz.. NUR onun saçlarını oxşayıb xəyallara dalacaq, hərdən kənardakı insanlara baxacaq, Allaha itaətdə onunla hər kəsə qarşı savaşacaq.. Otağımın hər zərrəsi o qədər doğmadır ki.. Bu daxili otaq bir gün canlandırılacaq və mənim həyatıma çevriləcək.. Bu otaqda doğuldum, yaşacam, bu otaqda ölüb, yenidən dirildiləcəm..

Yerləşdiyi bölmə - NUR: nurnongrata tərəfindən ; Bazar ertəsi 17 Avgust 2009 - 20:26

Sonrakı səhifə »