Mənfi sonsuzluq..
Soyuq, qaranlıq otaqda tək qalanda məni incidən fikirlər çox az hallarda qələmə alınır, mən yazmaqla fikirlərimi və hisslərimi ifadə edə bilsəydim, sonsuzluğa qədər yazardım bəlkə də.. Əsərlər yazılardı qələmimlə, amma yenə də tam ifadə edə bilməzdim qarışıq hisslərimi.. Sən bu hisslərin bir hissəsinə çevrildin.. Qısa zaman ərzində çox önəmli bir hissəsinə.. Sonsuzluqda sabaha ümidim.. Bu soyuq və qaranlıq otağımın yeganə ümidinə çevrildin.. Ümid.. Ümid də deyilsən, çünki bu günümdə olsan da, sabahımda yoxsan.. Bəs niyə səni yaşayıram? (ardını oxu…)
Gecədir… Dekabr ayı… Hava şaxtalı, küçələr buzlu. Çətinliklə gəzirəm. Ağır bir çantada var çiynimdə. Bunlara baxda sanki məni isti geyindirməyə çalışıblar, uşaqlıqda nənəmin toxuduğu jaketim… yox… qollarıda qısalıb əynimə, lənətə gələsən biraz aşağı dartım, əlcəklərimidə biraz qaldırım, həə belə yaxşı oldu. İstilənirəm deyəsən, yada qızdırmam qalxır. Hər nəysə, yaxınlıqdadır az qalıb çatım rahatlayaram. Maşınların, darvazaların, ağacların üzəridə qar bağlayıb, bu nədir belə, fəsildə bu qədər insafsız olar?! Tapdım, dayan maşının şüşəsində günəş çəkim, bəlkə göydən baxıb anlayar ki, onu arzulayan var və çıxar nəhayət! Əşşi çətin ki…
Birisi olacaq təbii. Onu hər görəndə sıxacam özümə, öpəcəm, çox danışdırmayacam çünki maraqsızdı danışdıqları. Mənim adamım deyil o. Tamam başqa mühitdə böyümüş birisi. Sığallayacam, əzizləyəcəm. Gündə 213412 dəfə “səni sevirəm” deyəcəm ona. Hərdən yadıma düşəndə mesaj yazacam ki, onu atdığımı düşünməsin. Yazdığı mesajları isə bütün işlərimi bitirəndən sonra oxuyacam və “axot” olsa cavab yazacam.
İki əlimlə gözlərimi yumdum, dedim bəlkə əlimi çəksəm fərqli olacaq, amma yox, eyni mənzərə, eyni dövran, gülüşüm məcburidir.. Maska üzərindəki gülüş ifadəsi, altında gizlənmiş qəmgin insan.. Ölüm və həyat arasında incə xətt və var olub olmamaq arasındakı böyük seçimim.. Bilmirəm ən çox xeyri kimə olar, amma öz seçimim məni maraqlandırmalıdır.. Tək qalmağı arzulamaq kimidir bu hiss, heç vaxt tək olmursan, amma hiss edirsən.. Arzulamaq da qəribədir.. İstəmək, arzulamaq, əldə etmək, İTİRMƏK!! İtirməsən qazandıqlarının qədrini bilməzsən.. Boşluq.. Ən aşağıya baxmaq və boşluq..
Deyiləm zərgər
Yaponların belə bir misalı var: Bildin-bilmədin danış, səhv olsan da nitqin açılar. Hər sözünüz kimi bununla da razıyam. Amma mənim haqda növbəti təsəvvürlərinizi sərrast nitqə qurban verə bilmərəm. Onsuz da məni sadəcə görmək istədiyiniz kimi görürsünüz.
Bu gün özümüzə kənardan baxdım.. Biz kimik? Bu suala cavab axtarışında bu günə kimi son nəticələri analiz etdim və yazmaq üçün materialım oldu.. BİZ.. Bu sözün o qədər geniş anlamı var ki.. Bizləri qruplaşdıra bilmədim.
Balaca qız olan Seli , anası və atasından, balaca qardaşı Corc haqqında eşidəndə, hələ 8 yaşında idi. Qardaşı çox xəstə idi. Onu sağaltmaq üçün əllərindən gələni etmişdilər. Corc, yalnız çox bahalı bir əməliyyatdan sonra sağalmaq şansı var idi.