Cəhənnəmdə karnaval..

Mən də hərkəs kimi əmirliklərdə tikilən dünyanın ən hündür binasının açılışına baxırdım TVdən.. Rəngarəng və möhtəşəm bir tədbir keçirildi zənginlər üçün.. Təsəvvür edin, 4 milyard dollardan çox pul.. Mən təsəvvür etmirəm, görmədiyim birşeyi necə təsəvvür edim axı?! Mənim üçün bu sadəcə rəqəmlərdir, orta məktəbdə riyaziyyatı sevərdim, biz bu rəqəmlərə adi rəqəm kimi belə heyrətlə baxardıq, çox böyük rəqəmlər, bizə desəydilər ki, bu qədər pul xərcləmək olar, dəli olardıq.. =)) Bəzən deyirlər ki, varlılar yaxşı insanlar deyil, düşünürdüm ki, onlar da insandırlar, bəlkə içlərində yaxşıları da var?! Bilmirəm.. Bir onu bilirəm ki, varlı, eyni zamanda yaxşı insanlara rast gəlsəm belə ya yaşları az olub, ya inanclı insanlar olublar ki, haqlarında sadəcə yazılanlardan oxumuşam və ya danışıblar.. Dünyanın da iki üzü var bəzi insanlar kimi, bir üzü baxdığımız seriallardakı kimi varlı və qayğısız həyat tərzi yaşayır, digər üzü ən böyük problemləri iş, dolanışıq… Bu bizim dünyamızdır, ona görə yox ki, onu Allah bizim üçün yaratdı, ona görə ki, bizə sərbəstlik verdi və biz həyatı öz sərbəstliyimiz çərçivəsində istədiyimiz kimi qurduq.. Bir gün bir dostumla dənizkənarı parkda gəzirdik, düz parkın ortasında rəngarəng atlarla bəzədilmiş karusel gözümüzə sataşdı.. Dostum maraqlı bir cümlə işlətdi: Bizim xalqımız Cəhənnəmdə karnaval keçirən insanlardan ibarətdir.. Dəqiq yadımda saxlaya bilməsəm də, əsas məğzi bundan ibarət idi.. O vaxtdan nə az, nə çox keçib, amma o sözü unuda bilmirəm.. Cəhənnəmdə karnaval.. Əslində yalnız bizim xalqımız və bizim ölkəmiz belə deyil.. Bütün dünya bunu yaşayır.. Bakı böyüdükcə böyüyür, varlılar varlanır, cavanlar hər il yeni iş yerlərilə başlarını qatırlar, onlara elə gəlir ki, iş yerləri var.. Hər an qovulmaq təhlükəsi və təhdidi ilə üzbəüz.. Xoşbəxtliyi anlara sığdırıb bununla kifayətlənirik, başqa nəyimiz var ki?! Biz necə xoşbəxt ola bilərik ki, ən böyük problemimiz PULdur.. Beynimizin bütün fəailiyyəti aylıq əmək haqqımızı hissələrə bölüb hansı hissəsini hara xərcləməyə sərf edirik.. Aclıqdan əziyyət çəkənlər var.. Qonşular eyni binada tək yaşayan qızın ac qala biləcəyini yox, onun yanına gəlib gedənlərin kimliyi ilə maraqlanır.. Oğlanların qızları yatağa salma planından başqa heçbir düşüncələri yoxdur.. Bəhanə istər sevgi olsun, istər ehtiras, istər ağıla gələ bilən nə olursa, olsun niyyət eynidir.. Qızlar da bu barədə geri qalmamağa çalışır, oğlanlardan yox, Avropadan.. İslam qərbə yıxılır, dirəkləri müasir düşüncəli çürük müsəlmanlardır.. Eşitdiyim bir xəbər məni dəhşətə gətirdi: MİSİR QƏZZAYA GEDƏN YARDIM KARVANINI SƏRHƏDDƏN BURAXMIR!! Azğınlığın bu həddini görməmişdim, yox, görmüşdüm, müsəlmanlar tərəfindən görməmişdim.. Misir özü yardım etməli olduğu halda yardıma mane olur.. Fələstin acından ölür, Yəmənə soxulmaq planını ABŞ bütün dünyaya açıqca təqdim edir, amma bizim Dubay əmiri 4 mld. dollara göydələn tikir.. Azərbaycanda azğınlıq açıqdadır, gözə girir, hamının gözünə girir bir məmurlardan başqa.. Polis sakini zorlayır, məmur pulla insan alır, ata qızını zorlayır, fahişələr səhnədə insanlara əxlaq dərsi keçir, katibələr digər işçilərdən beşqat çox maaş alır.. Baş verən cinayətlərin 95%nin səbəbi içkidir, amma içki hələ də reklam edilir və satılır.. Hələ də özləri inanmadıqları yalanları danışırlar məmurlar TV kanallarda.. Minbir bəhanələrlə yedikləri pullar azmış kimi yenə bəhanələr gətirib pullar silirlər dövlət büdcəsindən.. Doğrunu demək, yazmaq qadağandır, minbir səbəblə tutarlar səni.. Ehtiyatlı ol.. Dünyanı məzlumlara və vicdanlı insanlara Cəhənnəm edənlərin əhatəsində xoşbəxtik.. Arsız-arsız üzümüz gülür.. Onları bəzən tərifləyirik, mod üçün deizmi din seçib gözə soxan gənclərin pozğunluğuna göz yumub onlara dost deyir bəzi ikiüzlü müsəlman gənclər, dostlarımız.. Gəncliyin yeni devizi SEKS olub, moda minən dinsizliklərilə meydanda hakim səviyyədədirlər.. Belələri irəli gedəcək, inanın, axı onlar üçün Nitşe və Freyd fəlsəfəsi qanundur, onlar yaşamaq üçün hər şey edirlər, hərfi mənada HƏR ŞEY.. Biz dayanmadan çalışırıq ki, varlıların qarınları biraz da yekəlsin.. Onların fahişələrinə xanım dediyimiz zaman bəzən xoşbəxt də ola bilirik.. Bahalı kostyumlarda gəzən eşşəklər bizim başımızın ağalarıdır.. Bizə göstərdikləri karnavalda biz bal rəqsi oynayan kölələrik.. Öz kiçik Cənnətimizdə xoşbəxt olmaqdan başqa bir seçimimiz yoxdur..
“Biz hamımız tanımadığımız fironların könüllü qullarıyıq və görmədiyimiz ehramlara daş daşıyırıq..” Qaraqan..
nur inan mende senin kimi fikirlewirem neche vaxtdi tv-de bu barede melumatlar ewidib deli oluram inanmagim bele gelmirdi misirin qezzaya geden yardima mane olmasina…..hetta erebler duz 5000.000(yarim milyon)pul verib rihannani yeni ilde gobey atmaga chagirirlar ama qezzada uwaglar, qocalar ve umumiyyetle adamlar acindan olur……bele de haqsiziliq…….amerika duz 30milyon pul verib efqanistana herbi yardim gonderir anti terror adi ile lakin.lakin hech 1 milyon bele verib efqan xalqinin acindan olmeyine ayirmir………ele buna gorede dunyada edalet hokm suren deyil quranda bele bir aye var idi ne vaxta qeder ki insanlar oz ruzilerini bir birleri ile paylawmasalar onda yer uzunde hech vaxt edalet ve beraberlik hokm surmeyecek…..senin didiyin kimi Qonşular eyni binada tək yaşayan qızın ac qala biləcəyini yox, onun yanına gəlib gedənlərin kimliyi ilə maraqlanır……
zikkuw