Mənfi sonsuzluq..

sonsuzSoyuq, qaranlıq otaqda tək qalanda məni incidən fikirlər çox az hallarda qələmə alınır, mən yazmaqla fikirlərimi və hisslərimi ifadə edə bilsəydim, sonsuzluğa qədər yazardım bəlkə də.. Əsərlər yazılardı qələmimlə, amma yenə də tam ifadə edə bilməzdim qarışıq hisslərimi.. Sən bu hisslərin bir hissəsinə çevrildin.. Qısa zaman ərzində çox önəmli bir hissəsinə.. Sonsuzluqda sabaha ümidim.. Bu soyuq və qaranlıq otağımın yeganə ümidinə çevrildin.. Ümid.. Ümid də deyilsən, çünki bu günümdə olsan da, sabahımda yoxsan.. Bəs niyə səni yaşayıram? Bu sual cavabsız qalır, mən suallarla özümü məhv etmək yox, səni heç bir sualsız, cavabsız, sadəcə yaşamaq istəyirəm.. Sözün əsl mənasında yaşamaq, sabah gedəcəyini beynimə həkk edib, səni bütün varlığımla yaşamaq son istəyimdir.. Əgər sabahımda olmayacaqsansa, bu günümü itirmək və ya vaxtı boşa keçirmək istəmirəm.. İndi özün təsəvvür et sənin gülərək, başqaları ilə keçirdiyin hər saniyənin mənim üçün dəyəri nədir.. İndi təsəvvür et və anla, niyə hər saniyə səndən sms gözləyib, hər an internetdə sənə yazmağın mənə bəxş etdiyi anlar nə qədər dəyərlidir.. Sənin üçün bəlkə çox az dəyəri olan bu saniyələr, mənim üçün yaşamağın dadını çıxardığım ən gözəl anlardır.. Səndən sonrası ola da bilər, olmaya da, bunun heç bir əhəmiyyəti yoxdur, çünki mən səndən sonrasını düşünməyərək səninləyəm.. Mənim üçün sonrası və ya başqası söz kimi belə heç bir əhəmiyyət daşımır.. Mənim ol, sanki son dəqiqələrini yaşayırsanmış kimi, çünki mən səninlə hər anı son kimi yaşamağa öyrəşdim, hər qapıdan çıxdığında bir daha gəlməyəcəyin qorxusu ilə, amma hər qapıdan çıxdığında sonsuz bir ümidlə səni dua etdim.. Məni yalnız buraxma desəm də, düşünsəm də, bilirəm ki, bir gün bu olacaq, sən mənə fikir vermə, insanam, səni qazandıqca daha çox istəmək hissi ilə yaradılan insan.. Deyirlər hətta intihar edən insan belə yaşamaq hissilə alışıb yanır, mən yaşamaq hissilə dolu bir insan deyiləm, səbəblərim də sənin adınla bağlıdır, istəklərim də.. Bu günümün ünvanısan, sabahımın ümidi, dünənimin isə ən xoş xatirəsi.. Mənə səndən qalan yalnız xoş xatirələr və göz yaşı olsa belə, bu günü mənimlə ol.. Mənə bu günü səni yaşamaq hissinin bəxş etdiyi xoşbəxtliyi, sonsuzluğu, mənfi sonsuzluğu bəxş et.. Getdiyində arxana dönmə, sadəcə get, istəmirəm göz yaşları ilə gülməyin nə demək olduğunu biləsən.. İstəmirəm mənimlə birgə sən də öləsən, istəyirəm sən yaşadıqca daim, o gözəl gözlərində təbəssüm olsun, gülüşündə yaşamağa davam edəcəm.. Sən güldükcə, mən də güləcəm..

(Kaktus)

“Birini özlemenin en kötü yolu, yanına oturduğun halde onu hiçbir zaman elde edemeyeceğini bilmendir..” Gabriel Garsia Markez..

Niyə biz onun üçün önəmsiz olduğumuzu bildiyimiz halda belə onun yanında olmaq istəyirik.. Bir yanımız ona nifrət etsə, belə digər yanımız daim onun yanındadır.. Dəyər mi? Məncə yox.. Mən yazarkən düşünmürəm, hazırki hisslərimi cızıram.. Uzaqda bizə əzab verən birisi üçün qiymətimiz yoxdur, amma yaxında bizə dəyər verənlər üçün biz həmin roldayıq.. Bir anlıq dayanın və düşünün, mənfi sonquzluqda məhv olmaq üçün gəldik bu dünyaya? Biz Allah rizası üçün yaşamalıyıq.. Güclü olmaq bizə dəyər verməyənin arxasınca sürünmək deyil, güclü olmaq içimizdəki sevgini öz əllərimizlə boğub öldürməkdir.. Çıxış yolu hər zaman var.. Onu keçmişə mumyalayıb dəfn etməyin ki, gələcəkdə çıxıb sizə mane olsun, onu unutmaq da mümkün deyil.. Çıxış yolu onu özünüz üçün dəyərsiz, daha doğrusu adi etməkdir.. Yolda gördüyünüz zaman adi tanışınız kimi yanından ötüb keçəcək qədər gözünüzdə və qəlbinizdə onu adiləşdirə bilmək.. Mümkün deyil deməyin, siz də, mən də bilirik ki, bu mümkündür.. Bu zamana kimi neçələri adiləşdi.. Ətrafa baxın, siz sevgi əzabına özünüzü məhv edəcək qədər cılız deyilsiz.. Siz sevdiyiniz insanı onun bircə gülüşünə ən böyük səhvini bağışlayırsız, Allahın sizi sevdiyi qədər heç kim sevə bilməz, düşünün, O sizi bağışlamaz? Əlbətdə bağışlayar, O o qədər mərhəmətlidir ki, ‘QULUNU BAĞIŞLAMAQ ÜÇÜN BƏHANƏ AXTARAR’.. İnsanlardan Ona sığının, bəlkə mənfi sonsuzluq sizi tam məhv etməmiş xilas oldunuz.. Nə qədər ki, yanınızda bir gül sizin üçün açır, onun qədrini bilin.. Başqasının olanın arxasınca gedib nə özünüzü yormağa dəyər, nə yolları.. Qəlbinizi yox, ruhunuzu dinləyin..

“Zamanını seninle geçirmekle ilgilenmeyen biriyle zamanını harcama..” Gabriel Garsia Markez..

(NUR)

Oxşar yazılar

  • Oxşar yazı tapılmadı
Yerləşdiyi bölmə - Başqa yazarlardan.., NUR: nurnongrata tərəfindən ; Cümə axşamı 7 Yanvar 2010 - 01:38

1 şərh »

  1. zikkuw tərəfindən şərh — 09.01.2010 @ 22:59

    menfi sonsuzluq mene neyise bawa saldi…ama deqiq ne oldugunu bilmirem….indi duwunecem onu…..ama biliremki neyise bawa saldi….. tesiredicidi ……sozun esl menasinda….
    zikkuw

TrackBack URI

Şərh yaz