Cəhənnəmdə karnaval..

Mən də hərkəs kimi əmirliklərdə tikilən dünyanın ən hündür binasının açılışına baxırdım TVdən.. Rəngarəng və möhtəşəm bir tədbir keçirildi zənginlər üçün.. Təsəvvür edin, 4 milyard dollardan çox pul.. Mən təsəvvür etmirəm, görmədiyim birşeyi necə təsəvvür edim axı?! Mənim üçün bu sadəcə rəqəmlərdir, orta məktəbdə riyaziyyatı sevərdim, biz bu rəqəmlərə adi rəqəm kimi belə heyrətlə baxardıq, çox böyük rəqəmlər, bizə desəydilər ki, bu qədər pul xərcləmək olar, dəli olardıq.. =)) (ardını oxu…)
Soyuq, qaranlıq otaqda tək qalanda məni incidən fikirlər çox az hallarda qələmə alınır, mən yazmaqla fikirlərimi və hisslərimi ifadə edə bilsəydim, sonsuzluğa qədər yazardım bəlkə də.. Əsərlər yazılardı qələmimlə, amma yenə də tam ifadə edə bilməzdim qarışıq hisslərimi.. Sən bu hisslərin bir hissəsinə çevrildin.. Qısa zaman ərzində çox önəmli bir hissəsinə.. Sonsuzluqda sabaha ümidim.. Bu soyuq və qaranlıq otağımın yeganə ümidinə çevrildin.. Ümid.. Ümid də deyilsən, çünki bu günümdə olsan da, sabahımda yoxsan.. Bəs niyə səni yaşayıram?