Qış gecəsi..
Gecədir… Dekabr ayı… Hava şaxtalı, küçələr buzlu. Çətinliklə gəzirəm. Ağır bir çantada var çiynimdə. Bunlara baxda sanki məni isti geyindirməyə çalışıblar, uşaqlıqda nənəmin toxuduğu jaketim… yox… qollarıda qısalıb əynimə, lənətə gələsən biraz aşağı dartım, əlcəklərimidə biraz qaldırım, həə belə yaxşı oldu. İstilənirəm deyəsən, yada qızdırmam qalxır. Hər nəysə, yaxınlıqdadır az qalıb çatım rahatlayaram. Maşınların, darvazaların, ağacların üzəridə qar bağlayıb, bu nədir belə, fəsildə bu qədər insafsız olar?! Tapdım, dayan maşının şüşəsində günəş çəkim, bəlkə göydən baxıb anlayar ki, onu arzulayan var və çıxar nəhayət! Əşşi çətin ki… Bu itlərə baxda, rədd ol! Üstümə atılma! Rədd ol deyirəm sənə!!! Burax əlcəyimi, zalım it! Canavar! Qaç get! Eh…əlcəkdə cırıldı, daha əllərimədə soyuqdu, bəlkə nəfəsim isidər onları, göyərmiş barmaqlarımı. Yoxxx hiss etmirəm onsuzda, əşşi gərək deyil, isitməsin, sonra oda səhər qapida qaz pulu istəyən kişi kimi məndən istilik pulu istəyər. Həmdə axı bu ona qarşı ayrı seçkilik olar, yani o əziyyət çəkib isidər, əllərimdə kef edər?! Yox! Olmaz! Ağılsızam məncə?! Həəə?! Yox, ağıllıyam, səhf edib sonradan peşiman olmaqdansa qoy əvvəlcədən işimi düz tutum. Fikirləşirəm bəlkə bir qapı döyüm… döyürəm…
- Xanım məni qəbul edərsiz? Isti çay istəyirəm…
- Arsız adam heçnə yoxdu, çıx get!
- Qışqırma! Gedirəm!
Buda ayrı seçkilik salan qadın… sən evində otur mənsə küçədə donum?!… gedimeee…
Deyəsən qarda əriyir, yer buz olur, ayaqqabılarımda sürüşkəndi, bəlkə onları çıxarsam daha tez çataram, atım getsin, orda lazım olmayacaq onsuzda, anam demişdi… yox yada atmayım… ayaqqabılarıma qarşıda ayrı seçkilik olar, yenisini bulmuşkən köhnəsini atım? Yox! Çıxarım qoyum çantama, doğrusu budur… həəə…. indi ayaqlarımda donur… necə gözəldir axı. Əllərimə soyuqdur, qoy ayaqlarımada soyuq olsun ki, ayrı seçkilik olmasın. Düzdü?!
Ürəyim mənə bax, dayanmaya, səbrin olsun az qalib daha çatırıq. Birazda soyuqda döyün isidəcəm səni. Nə deyirsən? İçərim istidi? Sənə soyuq deyil? Qanim səni isidir? Anladim! Yenədə ayrı seçkilik. Sənə isti ayaqlarıma, əllərimə isə soyuq? Acimasiz həyat… Bu niyə bayaqdan ağlıma gəlmir? Dayan burada oturum, yerdə… çantamda ülgüc olmalıydı… gözləyin indi hamımıza isti olacaq… görəsən hardan başlayım?… yox axı ilk öncə əllərimdən başlasam, ayaqlarıma ayrı seçkilik olacaq, ayaqlarımdan başlasam əllərimə… Gözlə…bəlkə başqa nəsə fikirləşim… hmm… çantamda kibritdə var, bax ağacların budaqlarıda var… birləşdirim ocaq qalayım… beləəə… indi isə bu ocaqda isinim… ya yooox doğru üsül tapdım, atsam özümü daha heç nəyə qarşı ayrıseçkilik etmiş olmayacam… həə??? Mən lap dahiyəm ki… sakitcə uzanım ocağın üstünə… həə… deyəsən isinirəm… ƏLVİDA… HƏYAT… sənin acımasızlıqlarına qalib gəldim…
(CoLd BlooDeD)
Soyuq gecə artıq bitmişdi, o qaranlıq və şaxtadan əsər-əlamət qalmamışdı.. Günəş güclü istilik verməsə belə, işıq saçırdı ətrafa.. Qar da yavaş-yavaş əriməyə başlamışdı.. Ocaqdan geri qalan külləri zərif əsən külək ətrafa yayırdı.. Gecə baş verənləri görənlər olmadığı üçün yaddaşda saxlayanlar da olmayacaqdı.. Onu axtaranlar yox idi, görənlər olsa belə, tanıyanlar yox idi.. O özü də sanki YOX idi.. YOXdan gəldi, Ona getdi.. Bundan sonra olanların nə bir mənası var, nə bir dəyəri.. Onlara öləndən sonra acıyırıq.. Öləndən sonar YAZIQ.. deyib keçirik.. Soyuq qış gecəsi daha qəddardır yoxsa, qəlbimizdəki soyuqluq? Qapımızı döyən birisini isti ocağımıza dəvət etmədiyimiz zaman bayırdakı çovğun içimizdəki soyuqluğun yanında nədir ki?!
Soyuq qış gecəsi özü ilə daha bir qurbanını apardı, kim bilir, bizi qarşıdan daha neçə belə gecə gözləyir?! Kim bilir hər səhər evlərimizdən çıxanda əsən soyuq külək bizə daha neçə sönən ocağın küllərini gətirəcək?! Bəs biz? Durub bir an olsun düşünəcəyik? Bir dəfə olsun qollarımızı açıb insanları bərk-bərk qucaqlayıb onları çoo..x sevdiyimizi deyəcəyik? Bizim içimizdəki külək, qəlbimizin istisini çoxdan söndürüb, küllər də qalmayıb, o ocağın yeri də.. bütün izlər itib.. Biz insanlarla yalnız onlardan nəsə qarşılıq gözləmək üçün əlaqə qururuq, kimisi qızlardan nəsə əldə edəcəyini düşünərək, kimisi oğlanlarla pula görə, kimisi sadəcə danışmaq üçün, kimisi yükləmək üçün.. Biz dost ola bilmirik, ya pul ortağı oluruq, ya yataq yoldaşı, ya biraylıq sevgili..
Mənə soyuqdur.. Cismimin istiliyinin əvəzinə mənə qəlb soyuqluğu bəxş edildi.. qəlbim daşdandır, o da donub.. Mən sevməyi bacarmıram, göz yaşlarına acımıram.. Qəribədir.. Mən belə idim əvvəldən.. Hisslərimi bildirmək o qədər çətin oldu ki, daim hissiyyatsız olduğumu üzümə vurdular.. Mən sizləri sevə bilmədim.. Daim soyuqda əlləri donan körpələri düşünərək sizin pula bulaşmış, qızları qucaqlayan, qardaşı satan, dostu vuran o əlləriniz mənə uzanıb SALAM sözləri ilə müşahidə olunduğu zaman sadəcə güldüm, içimdə sonsuz nifrətlə.. Mən bütün soyuqluğu içimə sığdırıb isitdim.. İndi cismimin hərarəti mənim soyuq ruhumu örtür.. Mən həmin gecə oddan geri qalan yerdə diz çöküb ALLAHIM ONLARI BAĞIŞLA deyərək yoluma davam edirəm.. Arxamca gəlməyin…
(NUR)