Birisi olacaq..

1081536Birisi olacaq təbii. Onu hər görəndə sıxacam özümə, öpəcəm, çox danışdırmayacam çünki maraqsızdı danışdıqları. Mənim adamım deyil o. Tamam başqa mühitdə böyümüş birisi. Sığallayacam, əzizləyəcəm. Gündə 213412 dəfə “səni sevirəm” deyəcəm ona. Hərdən yadıma düşəndə mesaj yazacam ki, onu atdığımı düşünməsin. Yazdığı mesajları isə bütün işlərimi bitirəndən sonra oxuyacam və “axot” olsa cavab yazacam.

Məndən nələrsə xahiş edəcək həmişə mənim isə yadımnan çıxacaq eləmək. Saatlarca birlikdə olacayıq, o nələrsə danışacaq mən isə qulaq asar kimi gülümsəyəcəm. Fikrim isə tamam başqa yerlərdə olacaq. Hətta “day niyə gülürsənki?” ya da “sual verdimee sənə” kimi şeylər də eşidəcəm tez-tez. Bayramlarda, ad günlərində çoxlu hədiyyələr alacam ona. İnternetdən araşdırıb baxacam ki, qızların ən xoşuna gələn hədiyyələr nələrdi və onları alacam. O sevinsin deyə. Çünki ancaq bunu verə biləcəm ona.

Heç vaxt inciməyəcək mənnən. Ağlayacaq tez-tez. Qucaqlayıb “mən nəsə eləmişəm yenə?” deyəcəm o isə “yox, səninlə bir əlaqəsi yoxdur birdənəm mənim, hər şey yaxşıdı. sadəcə bayaq kinoya baxdım, çox təsirli idi” deyəcək yalannan.

Sənin haqqında heç nə bilməyəcək. Sadəcə qızıma sənin adını qoyanda qəribə-qəribə baxacaq mənə. Amma etiraz etməyəcək, halbuki o tamam başqa bir ad qoymaq istəyirdi qıza. Məni çox sevəcək amma. Ona qarşı olan diqqətsizliyimi hiss edəcək qədər həssas olmasına rəğmən məni sevdiyi üçün susacaq. Ömür boyu dözəcək mənə. Səni sevdiyim qədər sevəcək məni.

(Taracan)

Birisi olacaq təbii.. Onunla danışanda tez-tez sənin adını çəkəcəm, sonra onu nə qədər incitdiyimin fərqinə varıb üzr istəyəcəm, o isə “anlayıram” deyəcək.. Səni misal gətirəcəm hər hadisədə, “o elə edərdi”, “o bunu deyərdi” kimi ifadələrlə səni unutmadığımı hiss etsə də sözlərimdə, içində boğacaq hisslərini və gülümsəyərək yola verəcək.. Mən də yola verəcəm, sənsiz bütün həyatımı.. Birisi olacaq, onu sevməyəcəm, sadəcə tək qalmamaq üçün qəbul edərək sevgisini, aldadacam özümü.. Onunla bigə belə səni yaşayacam yoxluğunla.. Birisi mütləq olacaq bəlkə, yanımda, daim, onunla yaşayacam səninlə yaşaya bilmədiklərimi, qəlbimdə daim sənin sevgini yaşayaraq ağlayacam gecələri.. Hər dəfə yaxınlaşıb niyə ağladığımı və niyə siqaret çəkdiyimi soruşacaq, bəzən cəsarət toplayıb “onun qoxusunu alıram, onu xatırlayıram” deyəcəm, bəlkə də “heç…” deyib qucaqlayacam onu bərk-bərk, gözlərimdən damla-damla axacaqsan, bütün qəlbimlə səni içimə dəfn edib daim qəbrin üzərində göz yaşı təkəcəm.. Sən başqası ilə xoşbəxt olacaqsan, mənimdə yanımda başqa birisi olacaq, bir daha heç vaxt sevə bilməyəcəyimə əmin olsam da, ona bəlkə bir gün onu sevə bilərəm deyə ümid verib yanımda olmasını istəyəcəm, güman ki, qəbul edəcək.. Ona verə biləcəyim hər şeyi verməyə çalışacam, sevgisinə qarşılıq, sırf sənin mənə qarşı etdiklərin kimi.. Ondan dünyaya gələcək qızımın saçlarında, gözlərində axtaracam sənə aid izləri, bəlkə sənə olan sevgimə qarşılıq Allah mənə sənə bənzəyən bir övlad verər deyə ümidlə gözləyəcəm daim səndən olmasını arzu etdiyim qızımı.. Birisi mənim həyatımın tamı olacaq, sevgimdən başqa hərşeyim olacaq.. Onunla boşluqları dolduracam.. Ona daim yalan danışacam, hətta gülümsəməyim də yalançı olacaq, o mənim üçün sadəcə BİRİSİ olacaq, heç vaxt SƏN ola bilməyəcək.. Birisi bəlkə nə vaxtsa, olacaq, bəlkə də səndən sonra kimsəyə toxuna bilməyəcəm, kimsəyə baxa bilməyəcəm və həyatımı səninlə dolan bütün xatirələrimlə yaşayacam sonadək, bəlkə də birisi heç olmayacaq..

(NUR)

Oxşar yazılar

  • Oxşar yazı tapılmadı
Yerləşdiyi bölmə - Başqa yazarlardan.., NUR: nurnongrata tərəfindən ; Bazar 13 Dekabr 2009 - 18:38

2 şərh »

  1. azer tərəfindən şərh — 13.12.2009 @ 23:36

    birisi belke de ele ozunsen……
     

  2. Taninmayacam tərəfindən şərh — 12.01.2010 @ 02:58

    NUR, Ona qarşı olan diqqətsizliyimi hiss edəcək qədər həssas olmasına rəğmən məni sevdiyi üçün susacaq. – Bu cumlen tesir etdi. Meni yaraladin bu cumlenle. Sevdiyinden susacaq yazmaginla kefimi qachirdin. Tfu, sevgiye! Tfu cavanliga! Tfuu!!!

TrackBack URI

Şərh yaz