Reinkarnasiya..

hostkoncertld2 (Custom)H.O.S.T və 21.02.2009 kimi yazılan tarix, yenidən dirilən gənclik və Reinkarnasiya.. Biz orda ideologiya yazırdıq, biz tarixə öldürülmüş dəyərləri qaytarırdıq.. Gözlənilən an, bu nə ilk idi nə son, amma xüsusi bir gün idi, xüsusi konsert idi, o gün hər saniyə dəyərli idi.. Vətən’in önündə yığılan izdiham az sonra hissə-hissə içəriyə buraxıldı.. Üzlərdə qəribə sevinc və gülüş var idi.. Uçuq-sökük bir zala daxil olduqdan sonra gözlər səhnəyə dikildi, orda düz pentaqram var idi.. Gözləyirdik.. Az sonra səhnə diriləcəkdi öncə, orda uzun zaman idi konsert olmurdu.. Çox keçmədən sərkərdələr ordu qarşısına keçdilər, onlar çiyinlərimizdə, tabutlarda və qara kəfənlərdə gəldilər.. Üç tabut və üç diriləcək insan.. O tabutlardan yalnız sərkərdələr qalxmırdı, ordan yeni nəsil gənclik, yeni ideya və yeni dövr qalxırdı.. Qarşıda çox çətin yol olacaq, qarşıda o qədər sınaq və imtahanlar olacaqdı ki, bunu anlayanların həyəcanı bilinirdi.. Biz gül-çiçəkli səhnələrdə nəfsləri oxşadan və bədənləri oynadan konsertlər vermək üçün gəlmədik ki, yolumuzu oynatdıqlarımız açsın, bizə dəstək olsunlar.. Biz onlarla savaşa gəldik və heç bir insanın köməyinə ümid etmədik.. Bizi anlamayacaqdılar, biz onlarla savaşmalı olacaq və bəlkə bu yolda məhv olacaqdıq, bunu bilirdik.. Biz itirəcəyimiz bütün dəyərlərdən xilas olub gəldik, beyinlərdəki pası açmaq, yatmış vicdanları oyatmaq üçün.. Mübarizə obyektimiz bizimlə üzbəüz durub bizə dişlərini qıcayan cəmiyyətdir, onlar bizdən dəfələrcə çoxdurlar və bəlkə də güclüdürlər, çünki onların dedikləri istənilən səhv hər kəs tərəfindən analiz edilmədən qəbul edilir, amma bizim hər doğru sözümüz yozulur.. O günün izdihamına hər kəs paxıllıq edirdi, səhnədəki cavanlar böyük bir orduya elə bir ideologiya təbliğ edirdilər ki, əlini yuxarı qaldırıb H.O.S.T deyən hər bir can bu yolda bütün varlığını qurban verməyə hazır idi.. Bizim əqidəmiz heç bir güc qarşısında əyilmirdi və əyilməzdi, çanki biz bu dünyanın oyuncaqları ilə aldanıb gül-çiçəyinin murdar qoxusuna uymurduq.. Bizim üçün ən dəyərli nemət inam və əqidə idi.. Qısa müddətdə uzun yol getmişdik, nəfsə xoş gəlməyən ideya ilə çoxlu dostlar qazanmışdıq.. Ordakı hər bir gənc sanki xüsusi seçimlə oraya gətirilmişdi.. Onlar seçilirdilər, onlar cəmiyyətin bataqlığından çıxmaq üçün uzanan əllərdən bərk-bərk tutanlar və xilas olanlar idi.. Əqidədən və inamdan başqa heç bir güc hər biri fərd olan ordunu eyni düşünməyə məcbur edə bilməz.. Orda bir bütöv H.O.S.T ordusu var idi.. Konsertin hər saniyəsi beyinlərə və tarixə göz yaşları ilə yazılırdı.. Biz o günün hər saniyəsini yaşayırdıq, Vətən xaricində nələr baş verdiyindən tamamən xəbərsizcə cəmiyyətdən ayrılmışdıq.. Mən həmişə düşünürdüm ki, görəsən cəmiyyətdən yaxşıları toplasaq və başqa bir dünyaya aparsaq, yerdə nələr baş verər? O gün anladım ki, əsas yerdə nə baş verməsi yox, yaxşıların getdiyi dünyanın necə olması idi.. Biz dünyadan tam qopmuşduq, bizim dünyamız maddi cəhətdən Vətən’in divarları, davanı və döşəməsi ilə sərhədlənirdi.. Qəlbimizdəki sonsuz inam və sevgi kainatı içinə alacaq qədər sonsuz idi.. O gündən heç kim narazı qalmadı, heç kim o gün üçün peşiman olmadı və heç kim o günü unutmadı.. Səhnədəki gənclərin bizə bəxş etdiyi o sevinci unutmaq mümkün deyildi, track’lər bir-birini əvəz etdikcə biz o günün sonsuz olmasını istəyirdik.. Bəlkə o gün bitdi, amma bizi qarşıda hələ çox günlər gözləyir, o günün enerjisini sabahlarda yaşamaq üçün imtahanımız və həyatımız davam edir.. Biz bu gün də varıq və İnşaAllah sabah da olacağıq, biz hər gün güclü və yenilməz olmaq üçün çalışırıq.. Biz sizi sizin silahınızla vurmaq üçün nail olduqlarınıza sahib olacağıq.. Bizi hələ çox görəcəksiniz və daim də sizdən bir addım öndə olacağıq.. Biz yaxşıların ən pisi, pislərin ən yaxşısı kimi də olsa, öz ideyamızdan və əqidəmizdən imtina edib addımladığımız yolu sona çatdırmadan dayanmayacağıq.. Biz Allaha inamı ən böyük silah edib ruhunuza hopmuş murdar ideologiyaları məhv etmək üçün gəldik..

Oxşar yazılar

  • Oxşar yazı tapılmadı
Yerləşdiyi bölmə - NUR: nurnongrata tərəfindən ; Çərşənbə axşamı 8 Dekabr 2009 - 20:41

Şərh yoxdur »

Hələki, şərh yoxdur.

TrackBack URI

Şərh yaz