Qış gecəsi..

qishGecədir… Dekabr ayı… Hava şaxtalı, küçələr buzlu. Çətinliklə gəzirəm. Ağır bir çantada var çiynimdə. Bunlara baxda sanki məni isti geyindirməyə çalışıblar, uşaqlıqda nənəmin toxuduğu jaketim… yox… qollarıda qısalıb əynimə, lənətə gələsən biraz aşağı dartım, əlcəklərimidə biraz qaldırım, həə belə yaxşı oldu. İstilənirəm deyəsən, yada qızdırmam qalxır. Hər nəysə, yaxınlıqdadır az qalıb çatım rahatlayaram. Maşınların, darvazaların, ağacların üzəridə qar bağlayıb, bu nədir belə, fəsildə bu qədər insafsız olar?! Tapdım, dayan maşının şüşəsində günəş çəkim, bəlkə göydən baxıb anlayar ki, onu arzulayan var və çıxar nəhayət! Əşşi çətin ki… (ardını oxu…)

Yerləşdiyi bölmə - Başqa yazarlardan.., NUR: nurnongrata tərəfindən ; Bazar 27 Dekabr 2009 - 16:04

Birisi olacaq..

1081536Birisi olacaq təbii. Onu hər görəndə sıxacam özümə, öpəcəm, çox danışdırmayacam çünki maraqsızdı danışdıqları. Mənim adamım deyil o. Tamam başqa mühitdə böyümüş birisi. Sığallayacam, əzizləyəcəm. Gündə 213412 dəfə “səni sevirəm” deyəcəm ona. Hərdən yadıma düşəndə mesaj yazacam ki, onu atdığımı düşünməsin. Yazdığı mesajları isə bütün işlərimi bitirəndən sonra oxuyacam və “axot” olsa cavab yazacam. (ardını oxu…)

Yerləşdiyi bölmə - Başqa yazarlardan.., NUR: nurnongrata tərəfindən ; Bazar 13 Dekabr 2009 - 18:38

Reinkarnasiya..

hostkoncertld2 (Custom)H.O.S.T və 21.02.2009 kimi yazılan tarix, yenidən dirilən gənclik və Reinkarnasiya.. Biz orda ideologiya yazırdıq, biz tarixə öldürülmüş dəyərləri qaytarırdıq.. Gözlənilən an, bu nə ilk idi nə son, amma xüsusi bir gün idi, xüsusi konsert idi, o gün hər saniyə dəyərli idi.. Vətən’in önündə yığılan izdiham az sonra hissə-hissə içəriyə buraxıldı.. Üzlərdə qəribə sevinc və gülüş var idi.. Uçuq-sökük bir zala daxil olduqdan sonra gözlər səhnəyə dikildi, orda düz pentaqram var idi.. Gözləyirdik.. Az sonra səhnə diriləcəkdi öncə, orda uzun zaman idi konsert olmurdu.. Çox keçmədən sərkərdələr ordu qarşısına keçdilər, onlar çiyinlərimizdə, tabutlarda və qara kəfənlərdə gəldilər.. Üç tabut və üç diriləcək insan.. (ardını oxu…)

Yerləşdiyi bölmə - NUR: nurnongrata tərəfindən ; Çərşənbə axşamı 8 Dekabr 2009 - 20:41