S..
Bu gün ilk dəfə Sırf Səni təSvir etmək üçün əlimə qələm aldım.. Sanki Sözüm çoxdu və Sanki nəSə yaza bilərəm.. Sən bilirSən, mən hiSSlərimi təSvir etməkdə əziyyət çəkirdim.. Gözlərinə baxar, SuSardım, amma Sən anlayardın.. Səninlə bağlı yazılarımdakı zaman şəkilçiləri məni incidir.. Artıq hamısı keçmiş zamanda yazılır.. Artıq Sən uzun müddətdir keçmişimə dəfn olunan hiSSimə çevrilmiSən.. Hə.. Ən azından ətrafda hər kəS belə düşünür, türklərin bir sözü var: Külahıma anlat.. Mən hələ də qorxuram birgə gəzdiyimiz küçələrdən keçməyə, birdən xatirələr hücuma keçər, birdən dəfn etdiyim hiSSlərimin qurbanına çevrilərəm.. Sənə ayırmadığım vaxtları Sanki yaşamadım.. BilirSən, indi mən hər həftə vaxt ayıra bilirəm, görüş yerlərimizə gedirəm, amma SənSiz.. Qulağımda qulaqcıq, beynimdə xatirən, gözlərimin qarşıSına gəlir təbəssümün, hərdən inciyib üzünü çevirərdin, bunun üçün belə çox darıxmışam.. Gedəcəyindən qorxmurdum heç bir zaman, bir an belə: Mənim idin.. Mən əmin idim ki, biz birgə ölənə kimi, hətta daha çox, hətta əbədi biryerdə olacağıq.. Hər görüşümüzdə mənə Quran və hədiSlərdən danışardın həvəSlə.. Bir dəfə mənə hədiS demişdin: “Qadın Cənnətdə Sonuncu həyat yoldaşı ilə olacaq..” Sonra əlavə etdin: “Sənə nəSə olSa, mən ömrümün Sonuna kimi heç kimin olmayacam, orda Sənin ola bilmək üçün..” İnanırdım.. İndi də inanıram.. Sən mənim inandığım idin, yüzlərcə dəfə gəlib, bir o qədər tərk etSən məni, yenə inanacam Sənə.. Bu hiss məndən güclüdür, Sən mənim fəxrimə çevrildin.. İndi heç nə Səni əvəz etmir, çünki mən Səni əvəz etmək iStəmirəm nə iləSə, kiminləSə.. İndi göz yaşlarıma bağlanıram, Sənə deyə bilmədiklərimi vərəqlərə yazıb cırıram onları, bəzən toplayıb, oxuyub gülürəm, öz-özümə: AXMAQ!! BUNLARI ONA DEMƏK LAZIM İDİ!! ONU İTİRMƏMƏK LAZIM İDİ!! Deyərək.. Göz yaşları ilə qəhqəhə çəkib gülmək necə olur, bilirSən? İndi mən öldüm Sanki, Sən iSə başqaSının xoşbəxtliyinə çevrildin.. Sən mənim CənnətimSən.. Unutmadım bu Sözlərini.. Bu kimi yalan Sözləri unuda bilmirəm.. Sən yalançı olmadın, Sözlər yalan çıxdı, günah bəlkə məndədir, bəlkə hər ikimizdə, amma nə fərqi var?! Öncə məhv oldum, Sonra ayağa qalxa bildim, amma heç kimə lazım deyiləm.. Mən Sənə layiq ola bilmədim, heç kimə layiq olmaq niyyətim də olmadı.. Bu yazını da oxumayacaqSan, digərləri kimi, bizi birləşdirən heç bir xətt qalmadı, qəribədir, amma bir hər ikimizi dünyamızla birgə itirdik.. İndi bizim dünyamız YOXdur.. Ortaq bircə bağ göstərə bilməzSən, bizi tanıyan qohumlardan başqa heç kəSimiz yoxdur.. Biz şahidləri də “öldürdük”.. Sevgimizi də.. Biz bütünlükdə BİZi öldürdük.. Bu intiharla birgə hər şey öldü.. İndi içimdə tam bir zülmət və boşluq.. ƏSlində YOXluq yoxdur, çünki Allah bütün YOXları VAR etdi, amma… Mən cümlələri yoruram, izah edə bilməyəcəyim Səni bura yazmaq o qədər çətindir ki.. Bircə Saçına toxunmağın qəlbimə bəxş etdiyi hiSSi anlada bilmək üçün roman yazmaq mümkündür.. O illərin heç bir anını unutmadım.. Gəlmədiyim görüşləri, gecikib əsəbi halınla könlünü almağımı da.. “Vaxtım yoxdu..” deyirdim, indi vaxtım var, Sən yoxsan.. Getməyə bilərdin, qala bilərdin.. Günahkar axtaran günahkara hamı güləcək, düzdü, amma Sözlərini tuta bilərdin.. Mən bilmirdim ki, zamanla Sözlərin dəyərini itirəcək, mən bilmirdim ki, SənSiz qalacam.. Mən Sənsiz həyatı təsəvvür belə etmirdim.. İndi GUYA yaşayıram.. Nə Sabaha planlarım var, nə yaşamaq diləyim.. SƏNƏ HƏR GÜN XƏYANƏT ETMƏK ÜÇÜN “SƏNİ SEVİRƏM” SÖZLƏRİNİ UCUZLAŞDIRDIM!!
Birgə arzusunda olduğumuz məSçidə SənSiz gedəcəm, İnşaAllah..
Bağışla..
coox tesirlendim NUR!!! cox gozel yazidi..
SƏNƏ HƏR GÜN XƏYANƏT ETMƏK ÜÇÜN “SƏNİ SEVİRƏM” SÖZLƏRİNİ UCUZLAŞDIRDIM!!
əla..