Çarli Çaplin gülüşü..
İki əlimlə gözlərimi yumdum, dedim bəlkə əlimi çəksəm fərqli olacaq, amma yox, eyni mənzərə, eyni dövran, gülüşüm məcburidir.. Maska üzərindəki gülüş ifadəsi, altında gizlənmiş qəmgin insan.. Ölüm və həyat arasında incə xətt və var olub olmamaq arasındakı böyük seçimim.. Bilmirəm ən çox xeyri kimə olar, amma öz seçimim məni maraqlandırmalıdır.. Tək qalmağı arzulamaq kimidir bu hiss, heç vaxt tək olmursan, amma hiss edirsən.. Arzulamaq da qəribədir.. İstəmək, arzulamaq, əldə etmək, İTİRMƏK!! İtirməsən qazandıqlarının qədrini bilməzsən.. Boşluq.. Ən aşağıya baxmaq və boşluq.. Gələcəyi arzulamaq və gələcəkdə keçmişi yada salmaq qəribədir.. Qəribədir, mənim öz içimdə təkliyim, yoxluğum.. Özümlə söhbətlərim.. Bu çox tez-tez olur, özümlə məsləhətləşirəm, həddi keçməmək üçün səddi bərk edirəm.. Həyat çarə ola bilməz.. SƏN OLMADAN DA YAŞAYARAM!! Gizlənsəm də özümə edəcəyəm pisliyi..At qırağa SEVGİ kəliməsini, özün də bilirsən ki, boşdur.. Uçmaq arzusu qəribədir.. Yuxarı və aşağı uçmaq, mən yuxarı arzulayıram, amma ölümə yox, azadlığa!! Mən dostluq arzulayıram.. MƏNLƏR OLSUN Kİ, MƏN DƏ ONLAR OLA BİLİM.. Qaçmayaq uzağa, qaçmaq çarəsizlikdir, amma çox qaçmışam.. Gizlənmişəm.. Balaca qaranlıq dünyam və mən.. Səssizlik və mən.. Səssizliyi pozan mən.. Yaddaşını sil hər dəfə, sənə lazım olanı xatırla.. Bəzən Əzrailə YOX!! deməyi bacar, ölümün üzünə gülməyi bacar.. Milyonlar içində özünü böyük gör ki, onlar da görsün.. Unutdur və yenidən tik!! Bacararam? İstəsən, hə!! Bəs içimdəki səssiz film? Bəs kədərim, zəifliyim, yoxluğum? Həə? Bacarmaram!! Yenə ən yüksəkdən, sürətlə yerə düşəcəm.. Məni inanmamağa vadar edən kədərim.. Başa düşürsən?! Mən, qaranlıq, ölüm.. İçimdəki kədəri üzə vurmuram, amma yalançılıq pisdir.. Danışmaq asandır, amma yaşamaq çox çətin.. Susma!! deyirəm özümə.. Susma!! Amma susuram.. Amma susuram.. Gülüşüm, təbəssüm üzdədi.. Üzdəki yalan ifadələr.. İnanırlar onlar.. onlar mənim içimdəki qaranlığı görmürlər, bəlkə də görmək istəmirlər.. Amma mən onlara, üzdə Çarli Çaplin gülüşü göstərirəm..
(BiG – H)
Üzümdəki ifadənin və sözlərimin özümə aid olan hissəsi bəlkə sıfıra bərabərdir, bəlkə də sizləri yükləməmək üçün sizin istədiyinizi verirəm sizə.. Mənim burda bir günahım yoxdur, bilirəm ki, yalandır hamısı, amma həqiqət sizi də yorardı, məni də.. Həqiqət.. Bizi doyuran və yalnız söz kimi qüvvəsində qalan SEVGİ, SƏDAQƏT və s. ifadlərdən biri.. Susmaq danışmaqdan çətindir, danışmaqsa, nəticə vermir.. Zülmət daha doyurmur, bir zamanlar yalnız dənizə və ya qaranlığa söyləyərək dərdimizi sakitləşərdik, indi bu da bizi rahat etmir.. İdi biz işləmədən yorğun, böyük evlərdə narahat, daha gözəl qızlarla bədbəxt, sübut olunmuş dinimizlə dinsiz, sağlam ikən zəifik.. Biz ortada dairəvi hərəkətlə yerimizdə fırlanırıq.. İrəli getdiyimizdən daha çox geriyə və daim gülürük.. Məni qınamayın, ağlasam dözə bilməzsiniz.. O qədər çox bədbəxtlik var ki, hansına ağlamaq lazım olduğunu belə bilmirəm.. Ona görə hamısına gülürəm.. MƏN XOŞBƏXTƏM!! Ən azı bunu deyirəm.. Bəlkə qızları, convers’i və ya telefonu bəhanə edib ağlayım ki, bədbəxtəm? Mən gedirəm, yol düzdür, sonu bilinir, amma yenə də getmək məni qorxudur.. Mən təkəm, hər kəs əksinə gəlir, qarşılaşıram, bəzən onlara toxunub, bəzən toxunmadan keçirəm.. Məni qınamayın, gülümsəmək borcumdur.. Nə edim ki? Ağlayım? Ağlayım ki, dostum yoxdur, təkəm? Ağlayım ki, yadlara doğma, doğmalara yadam? Ağlayım ki, insanlar mənə nifrət edir və bu nifrət qarşılıqlıdır? Bəlkə nə edəcəyimi siz deyəsiz? Sual çox oldu deyəsən.. Mən tək, siz çox, hər dəfə murdarlıq edəndə bəhanəniz var, mənim bəhanəm yoxdur, mən silahsızam, siz isə silahsızı vurmaqda usta.. Mən yerdəyəm, siz isə bunu gözləyirmiş kimi hamınız birdən hücumda.. Darıxmayın, əlimdən tutub qaldıracaq dostlarım var.. (Gülürəm – Ha Ha Ha).. Sadəcə biraz gecikirlər.. Deyəsən gələcəklər.. Hə, gələcəklər.. Deyəsən.. Bezdim!! Hər belə anda Rasulullah (sas) yadıma düşür, onu yerə yıxıb, başının üzərində qılınc çəkib: “Səni bizim əlimizdən kim qurtaracaq?!” dedilər.. O cavabında: “Allah!!” deyincə qılınc kafirin əlindən yerə düşür.. Mənim imanım var.. Allahını tapan nəyi itirib ki?! Allahı itirən nəyi tapıb ki?! Mən bu dünyaya gülmək üçün gəlmədim, sadəcə borcumdur gülümsəmək.. Dərdim içimdə boğulur üzümdə gülüş olanda, mən buna inanaraq yaşayıram.. Gözlərimi yumuram və aşağıya, sonsuzluğa doğru özümü rahat buraxaraq enirəm.. Bu enişin bir sonu olacaq, son nə olursa, olsun, tək isdəyim əqidəmdir.. İmansız qalmayım, gülüşsüz qalsam da olar.. Siz məndən azad, mən sizdən uzaq.. Belə hər kəsə daha rahatdır.. Mən xoşbəxtəm..
(NUR)
Heç kimi olmayan , amma hamıdan daha çox şeyə sahib olan birisən – bunu bilirsən …
Kökləri olmayan bir tənliksən – savadsız şagird kimi hələ də axtarıram …
Güzgümsən – sənə olan nifrətim sevgi olaraq əks olunur …
Bilmirəm uçurumda imə güzgü ola bilirəm, amma keşkə kimsə, mənim güzgüm olardı..
güzgünü əksim bildim ona inandım..
Amma o səhv göstərərək hər dəfə məni aldadırmış..!