Mənimsən..
- Görürsən, gəldim.. Unutmadım.. Yadımda idi, demişdim gələcəm, gəldim.. Biraz yolda problem oldu, tıxac var idi, amma gec də olsa, gələcəyimə söz vermişdim.. Necəsən?
- NUR..
- Can.. Uzun yol gəlmisən, yorğunsansa, biraz dincəl, sonra danışarıq..
- Hə, yaxşı olar.. Başım yaman ağrayır..
- Mən axı səni tanıyıram, gəl, biraz uzan, dincəl..
- İcazə vermə çox yatım, oyadarsan..
- Oldu..
Gözlərini yumanda məsum görünür, üzünə tökülən saçları və nəfəsini incə-incə alıb-verməsi xoşuma gəlir.. Beləcə yatır hər gün, mən də seyr edirəm.. O mənim əksimdir, o barədə yox, əksim, yəni eyniyik hər cəhətdən.. Uzun zamandır onu görmürəm, çox darıxmışam, vacib sözü olacaq mənə, biraz uzanım, dincəlim, oyananda danışarıq…
- NUR..
- Can.. Dincələ bildin?
- Bilmirəm, biraz yorğunam, amma bu başqa səbəbdəndir.. NUR, biz heç vaxt bir yerdə olmayacağıq, bilirsən bunu.. Uzun-uzadı danışmayacam…
- Bu haqda danışacaqdın? Mən sənin mənim olmağını istəmirəm, sadəcə yanımda ol..
- Alınmır..
- Səbəb?
- Mən…
- Hə, sən.. Daim sən.. Səbəblərin hamısı “Mən..” sözlərilə başlayır, sonra da sevgimiz üçün getdiyimizi iddia edirik..
- Sən anlamırsan..
- Anlatdığın qədər..
- İcazə vermirsən axı deyim..
- Bilirəm nə deyəcəksən.. Olmur, alınmır, bla bla bla.. Bu cür olmazlarla artıq illərdir birgəyik biz.. Hərkəs xoşbəxtdir? Sən xoşbəxt olmaq üçün doğulmusan? Bəlkə bizim başqa yolumuz da var? Bəlkə birgə olmağımızın qarşılığı bədbəxtlikdir? Hə, hər kəs getdi, tək qaldıq, hə, razıyam, onlar bizi anlamadılar, amma NOLSUN?! Məgər sənə mən lazım deyildim?
- Mənə yalnız sən lazımsan, söhbət bundan getmir..
- Bəs nə? Niyə olmayan yerdən dərd, problem tapırsan?
- NUR, axı mənim ağır xəstə olduğumu bilirsən.. Mən çox yaşamayacam..
- Zeynəb, sənin həyatını mən təyin etmədim, səni nə yaratdım, nə öldürmək iqtidarında deyiləm.. Mən də öləcəm bir gün, NOLSUN?! Ölmək üzrə olan insanın tək arzusu yaşamaq olmur məgər?
- Mən istiirəm sən normal həyat qurasan, yaşayasan..
- Zeynəb, mən yaşayıram.. Hətta xoşbəxtəm.. Mənə sən lazımsan..
- (..ağlayır..)
- Etmə belə, can, niyə bu haqda düşünürsən ki? Səndən öncə heç kim olmadı, səndən sonra da heç kim olmayacaq.. Səninlə bir gün də olsa, xoşbəxt olub həyatımı qurban verməyə hazıram.. Məni hər kəslə müqaisə etmə, can..
- Başqasını sevəcəksən..
- Dayan, baxım siyahıda görüm növbəti kimdi..
- (..gülümsəyir..)
- Zeynəb, mənim ol.. Mən sənə görə dünyaya qarşı getdim, bu dirənişə davam edəcəm, son nəfəsimə kimi mənimsən, qalan hər kəs, hər şey digərlərinə qismət olsun..
- Bura gəl..
- Noldu?
- Soyuqdu mənə..
- Gözlərini yum, düşünmə.. Yükləmə özünü fikirlərlə.. Burdayam.. Mən səninlə xoşbəxtəm, bunu unutma..
- NUR, mən səni çoo..x istiirəm..
- Bilirəm, can, bilirəm..
- ..
- İndi necə, isindin?
- ..
- Zeynəb..
Onun gözləri bir daha açılmayacaq…
pis oldum. biraz optimist shey yaza bilmediz? olurlerse ikisi de olsunler. yeter ki ayrılmasınlar. olum bele ayıramasın onları
Sen umidsen.Heyatimdan gedirsen..
O həyatdı..
chikkinidi menim kimi ))
ureyim gedir de senin yazilarinchun…!