İkiüzlü..

Deyiləm zərgər

Mənim sözlərim qızıldan qiymətli

Bunlar adi cümlələr, təsvir edir hissləri

Yenə boş küçələr, mən simasında gülüşü itmiş kloun

Bu xüsusi bir istedaddır, mən göz yaşlarımla güldürürəm

Qrimor keçmişimi qrimlə örtdü, üzümü yuyacaq dostlarıma ehtiyacım var

Mənə sevgidən sədəqə verən dostlar

Mən sizdən rəhm dilənən kor rəssam

Mənə fakir verməyin, mən xamilyon

Reallıqla müharibəmdə pessimist oldum

Yağmurlu hava hisslərimə su verdi

Yenə SMS, mən kədərli üz cizgilərimi smayliklərlə yola verirəm

Yenə zəng, öz göz yaşlarımı boğub başqasına təsəlli verirəm

Sürünən ruhumla ayaqda durub, yaxınlarıma “Güclü ol!!” deyirəm

Mən ikiüzlüyəm!!

Gerçək üzümü daxili dünyamda gizlədib, sizlərə süni gülüşlərlə qarşılıq verirəm

Mənim doğmalarım, dostlarım

Biz ən doğma yadlarıq

Onları çox sevirəm

Dərdlərimi onlara deməyəcək qədər eqoistəm

Mənim problemlərim mənimdir

Onlara sadəcə gülüş yaraşır

Mən onların təbəssümünü sevirəm

Hər dəfə kədərli vaxtımda onlardan aldığım bir SMS belə dərdlərə sərhəd çəkir

Mən onları yanımda hiss edirəm

360 km, hər sm sadəcə ipləri möhkəmləndirir

Luks restoran və bahalı şam yeməkləri onlara yediyimiz dönərin verdiyi həzzin 1%-ni belə verə bilməz

-          Mən səni çox istiirəm

-          Sən tək deyilsən

-          Yanındayam

-          Sabahın xeyir, mələyim

-          Salam, Aylam

Hər səhəri bu SMS’lərlə açmağa öyrəşmişəm

Şirin vərdişlər

Onlarla danışmaq, susmaq

Onlarla küsmək

Onların əllərində əllərimi isitmək istəyirəm mən

Onlar mənim görünməz qanadlarımdır

Mən onları heç bir sözlə ifadə edə bilmirəm

Bütün sözlər sətirlərimdə acizdir

Mən sizin bütün mövzularınızın baş qəhrəmanı

Bağışlayın dostlar, mən sizə heç nə həsr edə bilmirəm…

Yaxşı ki varsınız, mən sizi çooooooooooooooooooox sevirəm…

(Ayla)

Bir yaxın insan demişdi ki, kişilər ən çox “Niyə?”, qadınlar isə “Necə?” sualını verirlər.. Mən “Necə?” suallarımın cavabını əziyyətimlə və öyrənərək tapdım, “Niyə?” suallarımın isə ya səbəbini araşdırıb öyrəndim, ya da İMTAHAN cavabını verdim..

Mən günahkar – Hamı kimi.. Bunu qəbul edənlər çoxdur.. Mən ikiüzlü – Görəsən hamı kimi yazsam qəbul edən çox olar? Mən yalançı – Bəs bunu? Bir çoxları həqiqətləri qəbul etməyəcək qədər ya qürurlu, ya acizdir.. Ya da, gəl belə deyək – Yalançı.. Bağışlayın, qəlbinizi qırmaq istəmədim..

Bəs mənim günahım nədir? Niyə hər kəs mənə nifrət edir? Bu sual sizin qədər mənə də maraqlıdır, amma bəzən insanlar məni tanımadan nifrət edirlər.. Bəziləri həqiqəti üzlərinə dediyim üçün nifrət edirlər.. Bəziləri məni günahkar olduğuma görə qınaryırlar.. Daş-qalaq edin məni – İLK DAŞI GÜNAHI OLMAYAN ATSIN!! Bəli, insanam – Hamı kimi..

Mənim üçün din yoxdur, mənim üçün həyat var, onun adı İslamdır.. Mən Səhrayam, yağışı sevirəm, amma yağış mənim qoynumda məhvə məhkumdur.. Mən dənizi sevmirəm, onun suyu duzlu, məni doyurmur..

NUR: Dənizdə ölməklə, səhrada ölməyi seçməyim mümkün olsaydı ikincini seçərdim..
Ayla: Mən dənizi seçərdim, dənizdə boğulan şəhiddir..
NUR: Bu zamana kimi səhrada daha çox şəhidlər olub, nəinki dənizdə, buna əminəm..

Mən səhrada üşüyən əllər, əllərimi isidən günəş gizlənib, mənə soyuqdur.. Cismim od kimidir, isti, çünki istiqanlıyam, canavar tək, amma nədənsə qəlbimdəki tufan və soyuqluq cismimin istiliyindən daha güclüdür.. Kürəyimdə dost bıcağı, mən qan itirirəm, bir qardaşıma, o bıçağı çıxar dedim, “Qan itirib ölərsən” dedi.. Mən ölə bilmərəm, mən artıq öldüm, qardaş.. Cismim nəfəs alır, qan dövr edir, ürək vurur – tup tup tup, bəli, amma mən yaşamıram.. Axı yaşamaq mövcud olmaq deyil, yaşamaq savaşmaqdır, mənsə manqurt.. Sistemə boyun əymiş, hadisələri axarı ilə izləyən, bəli – azad, amma nolsun? Mən heç nə edə bilmirəm mövcud olmaqdan başqa.. Mən göz yaşlarını silməyə belə qadir deyiləm.. Özünə yardım edə bilməyən insan dostlarını itirir bir-bir.. Onlar məni anlamır, ya mən onları? Hər iki ehtimal bir-birini əvəz edir hadisələrdən asılı olaraq.. Mən boğuluram doğma yadlar arasında, mənə yadlaşan doğmalardan da bezdim.. Sevirəm deyənləri qınadım, onlar sevgiləri üçün hər kəsi qurban verə bilmədilər, mən onların sevgi dediklərini hiss etmədim, mənimki adi hissdir, amma mən… Onlar məndən sevgimi tərk etməyimi istədilər, mən onları tərk etdim.. Məni anlamadıqları gözlərindən görsənir.. Gözlərində qan, nifrət, dillərində alçaldıcı kəlimələr, arxamca danışmaqdan özlərinə nifrət etməyə başladılar.. Nə üzləşib danışmağa cəsarətləri çatır, nə özlərinin də mənim kimi olduqlarını boyunlarına almağa.. Mənə yalnız o lazımdır, sonda tək qalacağımı bilsəm də.. Bağışlayın, sizinlə kütləyə qarışmaqdansa, onunla tək qalamağa üstünlük verirəm..

——————-

Günəşə qar yağdı bax, buz oldu günəş söndü

Hər dəfə xətt çəkildi damara daha bir ümid öldü

Saatlar tənbəlləşdi, Arzular uzaqlaşdı

Gecələr qollarım tənhalıqla qucaqlaşdı

Sevməyin eyibi varmı?… Ziyanı xeyiri varmı? (həə?)

Bilmirəm onun mənə bircə qram meyili varmı?( həə?)

Şeytanla mələk kimi, sözlərim külək kimi

İnsana ağrı kədər verən yoxdu ürək kimi…

Gözlərim qulaq asmır .. deyir “baxmaq da olmaz?”

Qana damar türməsindən azadlığa axmaq da olmaz?

Yaşamağa qoymur məni … mənə ölmək də olmaz?

Sevirəm neyləyim bağışla … sevmək də olmaz?

(Baku Clan – Sənsiz..)

(NUR)

Oxşar yazılar

  • Oxşar yazı tapılmadı
Yerləşdiyi bölmə - Başqa yazarlardan.., NUR: nurnongrata tərəfindən ; Cümə 9 Oktyabr 2009 - 18:04

2 şərh »

  1. Gunay tərəfindən şərh — 10.10.2009 @ 18:16

    Ayla Senin yerinde olmaq ucun neleri vermezdim …….
    Sen cox wansli ve xowbextsen…………………..

  2. Legislator tərəfindən şərh — 10.10.2009 @ 19:10

    Legislator
    niyese qiraqdan haminin heyati digeri ucun daha gozel gorsenir..ama halbuki ozu hemin heyati yasasa ozunu en bedbext insan sanar.;)

TrackBack URI

Şərh yaz