Çirkin ördək balası..
Bəzi insanlar dahidir, onlar rəhbər olmaq üçün doğulurlar və arxalarınca insanları aparırlar, bəziləri daim kiminsə, arxası ilə gedən insanlardır, bəzi insanlar isə təkdirlər və digərlərinə heç vaxt qoşulmazlar.. Zamanla insanlar çox adlarla bölünürlər, kimiləri melanxolik, xolerik, kimiləri romantik, realist olurlar, bəziləri dinlərlə, bəziləri millətlərlə seçilir, amma əsas qayə qalır – İNSAN.. (ardını oxu…)

Boz şəhərin günəşli günlərindən birində bütün bu səs-küydən xilas olub getmək istədim və getdim.. Orda qalamağa yerim də yox idi, məni qarşılayacaq dostlarım da.. Yolpulundan azca çox pul götürüb çıxdım yola.. Yola düşərkən qəribə hisslərim vardı, bir zamanlar onu yola salardım bu vağzallarda avqustun sonları, sentyabrın əvvəlləri, indi isə tək idim, nə o var idi, nə başqası..
Bu məqalə illərin içimə yığdığı nifrət və sevginin kokteylidir.. Yaxşı qarışdırdım ki, tərkibi görünməsin, daim içdiyimiz kokteyllər kimi tərkibi gizli qalacaq, amma dadını hiss edəcəksiniz.. Bu gün üsyan edəcəm, Allaha üsyan edəcəm.. Həyatımı, sevgimi, ruhumu çeynəyən ətrafımdan Ona yönəlib sizləri ittiham edəcəm, sizləri ona şikayət edəcəm..
O sizin geyindiyiniz paltarlardan geymir, sizin nitqlərinizi başa düşmür.. Sizin düşüncə tərziniz ona dar gəlir.. Siz onu özünüzə tay hesab edə bilmirsiniz və buna görə də qəzəblənirsiniz.. O sizin qəbul etdiyiniz qanunları qəbul etmir və belə hesab edir ki, sizin yuvarlandığınız ağılsızlıq həqiqi həyatı görməyə mane olur və sizin dövləti idarə etmək üçün qoyduğunuz təntənəli qanunlar çox gülüncdür..
Vətən.. Bu anlayışı bizə doğulandan təbliğ edirlər.. Uğrunda ölünəsi bir anlamdı Vətən.. Bəs Vətən nədi? Ölkənin daşı, torpağı, suyu, havası, odu? Bəlkə Vətən onun siyasəti, bəlkə insanlarıdı? Nədi axı Vətən? Gəlin Vətən dediklərinə içəridən baxaq.. Mən buna çalışdım və kəşf etdim ki, bu sözün heçbir mənası yoxdur.. Fikirlərimi izah etməyə çalışacam, mənimlə razılaşmağa borclu deyilsiniz, təbii ki..
Bir anlıq düşünün ki, son yazınızı yazırsınız və ya son danışığınızı edirsiniz, son müraciət.. Hər kəsə, elə özünüzə də.. Heç özünüzə müraciət etmisiniz? Son nə vaxt özünüzdən hesab almısınız? Əminəm ki, yaxın vaxtlarda olmayıb çoxunuzda.. Gəncləri seyr etdikcə, dərinə getdikcə daha çox batıram.. Bir növ anlamsızlıqda yox oluram.. Daha çox tanıdıqca daha az anlayıram.. Çətinləşdirməyi və şişirtməyi sevən bəsit insancığazlar.. Bilirsiz nəyə bənzəyirsiz?
Bələyə bürünən uşaq, sonda kəfənə bürünəcək günahkara çevrilir.. Bu qanundur. Biz bunu dəyişmək iqtidarında deyiliksə, deməli özümüzü dəyişməyə başlamalıyıq.. İnsan həyatı ölümə doğru sürünən cəsəddən başqa bir şey deyil, amma bu yolda imtahan var, o qəbri ya Cənnət, ya od içində görəcək.. İnsan həyatı çox qısadır, Azandan Namaza kimi.. Doğulanda qulağına oxunan azan, öləndə ona qılınan namazla əvəz olunana qədər az müddətdə insan əbədi həyat üçün hazırlaşmalıdı.. Ölüm qaçılmazdır, bu sonra Cənnət və Cəhənnəmdən başqa nəticənin olmadığı kimi qətidir..
Yazmayalı çox oldu.. Hərdən cəmiyyətin içinə o qədər dalırsan ki, ayılanda gec olur.. Dalmasan nifrət içini məhv edir, dalsan sonra özünə nifrət etməyə başlayırsan.. Bilmirəm bu qədər kin və nifrət nə zaman məni rahat buraxacaq, amma nifrəti səhifələrə tökmək o qədər asan da deyil.. Çoxsu anlamır, elə bilirlər yazılara qarşı çıxmaqla nəyəsə, nail olacaqlar..
Damla-damla yaşa dolur insan.. Əslində saniyələrə, günlərə, illərə dolduqca belindəki yüklə birgə addımlamağa davam edir.. Hərdən yanında insanlar olur, o yükün bir tərəfindən tutub sənə yardım edən.. Bəzən yardıma ən çox ehtiyacın olan anlarda, ayaqlarının taqətinin kəsildiyi anlarda çiynini sənin çiyninə yaxınlaşdırıb o yükü aparmağına yardım edir, bəzən səndən öz yükünə yardım etməyini istəyir..
Bu gün arxanızca danışacam, amma üzünüzə dik baxaraq.. Əslində bu mövzuda yazıb yazmamaq barədə çox fikir dəyişikliyi etdim özümdə, amma yazmalıyam, içimdəki bu zəhəri qusmasam olmaz.. Düşündüm ki, özümü incitməkdənsə, sizləri zəhərləyim.. Ölümcül deyil..
Vicdanıma söz vermək qərarına gəldim.. EQOma güc verdim, onu dinlədim, dedikləri maraqlı idi, üsyan idi.. Dinlənildi, bəyənildi, bəziləri sevdi, bəziləri nifrət etdi.. İndi VİCDAN danışacaq..
Mən EGO`yam, çoxunuzu insan belə hesab etmirəm.. Zəhləm gedir sizdən, inanmıram sizə..
Hər şey uşaqlıqdan başladı.. Doğuldum, həyatı dərk etməyə başladım.. həə, başladım.. İlk dəfə məni lap balaca olanda anlamadılar, istədiyimi səhv verirdilər, verdiklərini heç istəmirdim.. Yavaş-yavaş dərk edirdim öz “dar” çərçivəmdən..
Sənin adın Aişə, Fatimə, ya Məryəm ola bilər, fərq etməyəcək nəticə.. Sən bu ümmətin xanımısan.. İndiki halın məni sızladır, yaralayır, ağladır.. Başını qaldır, ağlama.. Sil o göz yaşlarını.. Əlindənmi aldılar hicabını? Sənə “pozğun keçmişi var” dedilər, “ərə getmək istiir” dedilər, həə.. Bilirəm.. Çox eşitdik bu sözləri.. Bəlkə “cavansan, gözəlsən, özünü belə etmə” dedilər? Bunlara da öyrəşdik.. Bunlara görə ağlayırsan?
Bir günü müşahidə üçün ayırdım.. Uzun və yorucu həftələrdən sonra bütün hər yerə çata bilmək, hər işimi görə bilmək üçün.. Bu dünyada istirahətə çox vaxt ayıranları anlamıram.. Vaxtımız azdır, qarşıda bizi nə gözlədiyini bilmirik, hazır olmaq lazımdır.. Nəyə? Qaçılmaz olana.. Ölümə.. Çoxunuza axmaqlıq kimi gələ bilər.. Düşünək: Həyatda nələrə hazırlaşırıq? Universitetə, Əsgərliyə, Nişana, Toya, Görüşlərə, Dərsə, İmtahana, Planlara…………………… 
Zəmanəmizin manqurtları.. Hmm.. Onlara fanatlar da demək olar, korlar da, aldadılmış cılız insanlar da.. Onlar bəzən iş adamları, bəzən din xadimləri, bəzən adi işsiz insanlardır..